Azərbaycan bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 53 % artırıblar
Bu ilin I yarısında Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6955 manatdan alıb, 1,7024 manata satıb.
1news.az bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
Beləliklə, banklar hər 100 dolların alqı-satqısından 69 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,3 % çoxdur.
Xatırladaq ki, 1 il bundan əvvəl banklar dolları 1,6979 manatdan alıb, 1,7024 manata satıb, bununla da, hər 100 dolların alqı-satqısından 45 qəpik gəlir əldə edib.
373