Erməni silahlılarının Xocavənd və Füzuli istiqamətində mövqelərini dəyişmək cəhdinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Rəsmi

Erməni silahlılarının Xocavənd və Füzuli istiqamətində mövqelərini dəyişmək cəhdinin qarşısı alınıb

14:30 - 18 / 08 / 2023
Erməni silahlılarının Xocavənd və Füzuli istiqamətində mövqelərini dəyişmək cəhdinin qarşısı alınıb

Saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə yerdəyişmə etməyə cəhd göstəriblər.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

"Qanunsuz yerdəyişmənin qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb", MN-in məlumatında deyilir.

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər