Qərbi Azərbaycan İcması Ermənistanda türkcə danışan şəxsə hücumu və həbsini qınadı
Qərbi Azərbaycan İcması bu günlərdə Ermənistanın Karvansara (İcevan) rayonunda bir nəfərin sadəcə türkcə danışmasına görə hücuma məruz qalmasını və onun polis tərəfindən həbs olunmasını kəskin şəkildə qınayıb.
İcmadan bildirilib ki, bu insident Ermənistandan bütün azərbaycanlıların 1987-1991-ci illərdə zorla qovulmasının əsas səbəbi olan bu ölkənin dövlət siyasətində və cəmiyyətində dərin kök salmış irqçilik və ksenofobiyanın növbəti bir bədnam göstəricisidir.
"Biz dünya ictimaiyyətini bu insidenti pisləməyə və Ermənistanın irqçi siyasətinə son verməsi, ölkədə tolerant mühit yaratması və qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasını təmin etməsi üçün bu ölkəyə təzyiq göstərməyə çağırırıq.
Biz, həmçinin, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarını, İrçiliqin, irqçi ayrı-seçkiliyin, ksenofobiyan və əlaqədar qeyri-tolerantlığın müasir formaları üzrə BMT-nin xüsusi məruzəçisini, "Human Rights Watch" və "Amnesty International" təşkilatlarını sözügedən insidentlə məşğul olmağa və təqibə məruz qalan şəxsin hüquqlarını müdafiə etmək üçün lazımi addımları atmağa çağırırıq", - icmadan bildirilib.