Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqlənib - SƏRƏNCAM
Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqlənib.
1news.az xəbər verir ki, Prezident İlham Əliyevin 2023-cü il 31 avqust tarixli Sərəncamı ilə təsdiq edilən dövlət müəssisələri bunlardır.
1. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti.
2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki:
- “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti;
- “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti.
3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti.
4. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan:
- “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu);
- Karbamid zavodu;
- Metanol zavodu.