Prezidentin səlahiyyətli nümayəndəsi Əlahiddə Ümumqoşun Orduda olub | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin səlahiyyətli nümayəndəsi Əlahiddə Ümumqoşun Orduda olub

14:00 - 05 / 09 / 2023
Prezidentin səlahiyyətli nümayəndəsi Əlahiddə Ümumqoşun Orduda olub

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 5-də Əlahiddə Ümumqoşun Ordunun Komanda Məntəqəsinə gələrək məntəqənin fəaliyyəti ilə tanış olub.

1news.az Report-a istinadla xəbər verir ki, Komanda Məntəqəsinin Döyüşü İdarəetmə mərkəzində döyüş hazırlığının, təlimlərin gedişatı, eləcə də Ermənistan Respublikasının silahlı qüvvələrinin bölmələri ilə təmas xəttində cari vəziyyət haqqında məlumat verilib.

Daha sonra səlahiyyətli nümayəndə Əlahiddə Ümumqoşun Ordunun qərargahına gələrək yaradılmış şəraitlə tanış olub.

Paylaş:
334

Son xəbərlər

Bəzi çaylardan sel keçəcək

11 / 06 / 2025, 14:17
Bütün xəbərlər