Nazir: Ermənistanın Azərbaycan ərazisində silahlı qüvvələrini saxlaması təhdid mənbəyidir | 1news.az | Xəbərlər
Siyasət

Nazir: Ermənistanın Azərbaycan ərazisində silahlı qüvvələrini saxlaması təhdid mənbəyidir

13:36 - 08 / 09 / 2023
Nazir: Ermənistanın Azərbaycan ərazisində silahlı qüvvələrini saxlaması təhdid mənbəyidir

Xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Beerbok ilə telefonla danışıb.

XİN-dən 1news.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan və Laçın yolundan yüklərin daşınması üçün sinxronlaşdırılmış istifadənin təşkil edilməsi barədə təkliflərin Ermənistan və yaradılmış qondarma rejim tərəfindən rədd edilməsinin humanitar vəziyyət barədə iddiaların saxta olduğunu sübut etdiyi vurğulanıb.

Post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan Ermənistanın təxribatçı addımlarının, o cümlədən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi dəstəkləyən bəyanatlarının, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin çıxarılmamasının təhdid mənbəyi olduğu qeyd edilib.

Paylaş:
270

Son xəbərlər

Bütün xəbərlər