Mağazadan və aptekdən oğurluq edən 14 yaşlı yeniyetmə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mağazadan və aptekdən oğurluq edən 14 yaşlı yeniyetmə saxlanılıb

14:30 - 09 / 09 / 2023
Mağazadan və aptekdən oğurluq edən 14 yaşlı yeniyetmə saxlanılıb

Sentyabrın 4-də Ağdaş şəhərində yerləşən telefon mağazasından və aptekdən ümumilikdə 1900 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər