Rəsmi Bakı Ermənistana növbəti dəfə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Siyasət

Rəsmi Bakı Ermənistana növbəti dəfə xəbərdarlıq edib

14:15 - 09 / 09 / 2023
Rəsmi Bakı Ermənistana növbəti dəfə xəbərdarlıq edib

Ermənistan öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir.

1news.az-ın xəbərinə görə, bu, Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı bəyanatında əksini tapıb.

Qeyd edilib ki, Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna maneə olması Azərbaycan Respublikasının daxili işlərinə kobud müdaxilə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir. Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaq.

Paylaş:
536

Son xəbərlər

Bütün xəbərlər