“Biz Azərbaycanın faciəvi zaman kəsimində ABŞ-ın yanında olmasını heç vaxt unutmayacağıq”
Sentyabrın 11-də "Əl-Qaidə" qruplaşmasının üzvləri tərəfindən ABŞ-da törədilmiş terror aktlarının 22-ci ildönümü qeyd olunur.
1news.az xəbər verir ki, bu haqda Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi paylaşım edib.
"Bu gün müvəqqəti işlər vəkili Hüqo Qevara başda olmaqla Səfirlik əməkdaşları 11 sentyabr hücumlarının ildönümünü qeyd edib, həyatını itirən insanları xatırlayıblar. Biz Azərbaycanın faciəvi zaman kəsimində ABŞ-ın yanında olmasını heç vaxt unutmayacağıq", - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, terror nəticəsində təxminən 3 min insan həlak olub.
349