Milli Məclis xarici ölkə parlamentlərinə müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclis xarici ölkə parlamentlərinə müraciət ünvanlayıb

12:51 - 11 / 09 / 2023
Milli Məclis xarici ölkə parlamentlərinə müraciət ünvanlayıb

Sentyabrın 11-də Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin sentyabrın 9-da keçirilmiş “seçkilər” adlı qanunsuz fəaliyyəti barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən xəbərə görə, müraciətdə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyətin Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu bildirilir. Separatçı qondarma rejimin Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin birbaşa nəticəsi olduğu, bu rejimin mövcudluğunun Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mümkün olduğu vurğulanır.

Bildirilir ki, 2020-ci ildə münaqişənin başa çatmasından sonra Azərbaycanın qətiyyətlə irəli sürdüyü sülh təşəbbüsü fonunda Ermənistanın son təxribatçı və təhrikedici fəaliyyəti bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya səylərinə ciddi zərbədir.

Qeyd olunur ki, qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil. Bundan başqa, Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna mane olması ölkəmizin daxili işlərinə kobud müdaxilə, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı ciddi təhdiddir.

Müraciətin sonunda deputatlarımız həmkarlarını Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiymət verməyə və qeyd olunan qondarma “seçki” adlandırılan qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıblar.

Paylaş:
339

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər