Qanunsuz erməni silahlılarının Xocalıda səngər yolları qazmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Siyasət

Qanunsuz erməni silahlılarının Xocalıda səngər yolları qazmasının qarşısı alınıb

11:12 - 15 / 09 / 2023
Qanunsuz erməni silahlılarının Xocalıda səngər yolları qazmasının qarşısı alınıb

Sentyabrın 15-i saat 09:30-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.

Paylaş:
421

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər