Azərbaycan XİN Meksikanı təbrik edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Meksikanı təbrik edib - FOTO

12:23 - 16 / 09 / 2023
Azərbaycan XİN Meksikanı təbrik edib - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Meksika Birləşmiş Ştatlarını Milli Günü münasibəti ilə təbrik edib.

1news.az xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Meksika xalqını Milli Günü münasibətilə təbrik edir, onlara ən xoş və səmimi arzularımızı çatdırırıq! Azərbaycan Meksika Birləşmiş Ştatları ilə ikitərəfli münasibətlərinin möhkəmlənməsini səbirsizliklə gözləyir! Milli Gününüz mübarək, Meksika!", - paylaşımda qeyd edilib.

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər