“Azərbaycan öz ərazisində heç bir beynəlxalq hüquq və normaları pozmadan antiterror tədbirləri həyata keçirir” - AÇIQLAMA | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycan öz ərazisində heç bir beynəlxalq hüquq və normaları pozmadan antiterror tədbirləri həyata keçirir” - AÇIQLAMA

Aynurə Xudaverdiyeva15:54 - 19 / 09 / 2023
“Azərbaycan öz ərazisində heç bir beynəlxalq hüquq və normaları pozmadan antiterror tədbirləri həyata keçirir” - AÇIQLAMA

Bu gün Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Azərbaycanın Qarabağda lokal xarakterli antiterror tədbirlərini həyata keçirməsi hansı zərurətdən ortaya çıxıb?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, istər mina terroru, istər Azərbaycan vətəndaşlarına qarşı dinc əhaliyə qarşı terroristlərin törətdiyi əməllər bunun labüd olduğunu bir daha göstərdi:

“Azərbaycan Ordusu Qarabağda lokal xarakterli anti-terror tədbirləri həyata keçirir. Bu son hadisələr göstərdi ki, istər mina terroru, istərsə də dinc əhaliyə qarşı terroristlərin törətdiyi əməllər bunun labüd olduğunu bir daha göstərdi. Ermənilərin son vaxtlar törətdikləri təxribatlar, quruculuq işləri ilə məşğul olan dinc insanları hədəf alması, ötən gün erməni diversantlar tərəfindən basdırılan minaların partlaması zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin nümayəndələrinin həlak olması olması, artıq pik nöqtə idi. Buna görə də mütləq şəkildə həmin terrorçular məhv edilməli və ərazilərimizdən çıxarılmalıdır. Baxmayaraq ki, 2020-ci ilin noyabr sazişinə uyğun olaraq onlar ərazini özləri tərk etməli idilər, lakin onlar bunu etmədilər. Deməli, onlar qovulmalı, əzilməli və məhv edilməlidir. Buna görədə lokal xarakterli antiterror tədbirləri həyata keçirilir. Mina terrorunun davam etdirilməsi, məqsədyönlü şəkildə ermənilər tərəfindən həyata keçirilirdi. Bunun qarşısı alınmalıdır. İstər ermənilərin havadarları, istərsə də terrorçuların havadarları başa düşməlidirlər ki, Azərbaycan ərazisində ikinci bir dövlətin yaradılmasına heç bir zaman imkan verilməyəcək”.

A.Nağıyev qeyd edib ki, Ermənistan tərəfi hər zaman öz havadarlarına güvənərək addımlar atıblar:

“Son vaxtlar Ermənistana bəzi havadarlarının verdiyi bəyənatlardan həvəslənərək bir sıra qanunsuz hərəkətlər edib, addımlar atan erməni təxribatçıları, adlarını erməniyönlü siyasətçi qoyan şəxslər başa düşməlidir ki, Azərbaycan öz ərazisində heç bir beynəlxalq hüquq və normaları pozmadan antiterror tədbirləri həyata keçirib və lazım gəldikcə keçirəcəkdir. Dəfələrlə delimitasiya və demarkasiya bağlı təkliflər oldu, dəfələrlə sülh müqaviləsinin imzalanması üçün təkliflər olundu, Azərbaycan tərəfindən atılan humanitar addımlara laqeyd münasibət bəsləyən ermənilər bilməlidir ki, bunun sonu nə ilə bitəcək. Çünki Qarabağ Azərbaycandır, Xankəndi Azərbaycandır. Burada hansısa qondarma qurumların bayraq qaldırması, hansısa qondarma qurumların qeyri-legetim seçkilər keçirməsi heç bir vaxt olmayacaq. Bütün sərhəd bölgələrində istənilən aqressiyaya Azərbaycan Ordusu və bütün Azərbaycan xalqı cavab verməyə hazırdır”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.

Tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır.

Paylaş:
113

Son xəbərlər

Dövlət Komitəsində azərbaycanlı əhalinin Xankəndiyə qayıdışının təşkili müzakirə olunubBu gün, 15:59Səfir: Britaniya regionda dinc gələcək üçün bütün tərəflərlə işləməyə davam edəcəkBu gün, 15:40Şəhid olandan 6 gün sonra əkiz qızları doğuldu - FOTOBu gün, 15:35Samanta Pauer Azərbaycana gəlibBu gün, 15:14Kreml Vardanyanın saxlanılmasına münasibət bildiribBu gün, 15:07Səhra hospitalı qurmaq üçün FHN-in 53 avtomobili Ağdamdan Xocalıya yola düşüb - FOTOBu gün, 14:51Azərbaycan sərhədçiləri Ruben Vardanyanı saxladı, Bakıya gətirilib - VİDEO - FOTOBu gün, 14:40Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edibBu gün, 14:37Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı veribBu gün, 14:21Son bir ayda Azərbaycanda POS-terminalların sayı kəskin azalıbBu gün, 13:58Zaxarova Makronu xəyalpərəst adlandırıbBu gün, 13:53Ceyhun Bayramov: 3 il ərzində Ermənistan Azərbaycanın uzatdığı əli geri itələdiBu gün, 13:48Binəli Yıldırım Azərbaycan xalqına başsağlığı veribBu gün, 13:45XİN rəhbəri: Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ancaq hərbi hədəfləri məhv edibBu gün, 13:36Nazir: Antiterror tədbirləri zamanı şəhid olan hərbçilərlə bağlı sosial təminatlar vaxtında icra olunacaqBu gün, 13:26Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcəkBu gün, 13:05BMT-nin Azərbaycandakı nümayəndəliyi: “BMT Cənubi Qafqazda davamlı sülh üçün işləməyə sadiqdir”Bu gün, 12:48İlham Əliyev və Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar - FOTOBu gün, 12:33Azərbaycan FHN-in nəqliyyat vasitələri və heyəti Ağdam yolu ilə Xankəndiyə yola düşüb - FOTOBu gün, 12:27Sabah 30 dərəcə isti olacaq - PROQNOZBu gün, 12:13
Bütün xəbərlər

Next TV