Qərbi Azərbaycan İcması İspaniyanın Azərbaycana qarşı düşmənçilik xarakterli bəyanatlarını pisləyib
"Qərbi Azərbaycan İcması İspaniyanın son vaxtlar Azərbaycana qarşı artıq düşmənçilik xarakteri almış bəyanatlarını kəskin şəkildə pisləyir".
1news.az xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının açıqlamasında qeyd edilib.
Bildirilib ki, İspaniyanın ölkələrin ərazi bütövlüyü və suverenlyinə belə selektiv yanaşması və Azərbaycanın daxili işlərinə müdaxiləsi qəbuledilməzdir.
"Riyakarcasına beynəlxalq hüquqdan, BMT nizamnaməsindən danışan İspaniyanın “nəsihət”ini rədd edirik.
İspaniyanı insan hüquqları məsələsində ədalətli mövqe tutmağa və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnu dəstəkləməyə çağırırıq", - açıqlamada vurğulanıb.
191