İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

11:54 - 22 / 09 / 2023
İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı qəbul edib.

1news.az xəbər verir ki, dövlət başçısı Dünya Bankının Azərbaycan iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Ötən illər ərzində əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcək konkret istiqamətlərin və layihələrin müəyyənləşdirilməsinin önəmini vurğulayıb. Dövlət başçısı ölkəmizin uzun illər xarici borcun azaldılması istiqamətində səylər göstərdiyini və artıq bu məqsədə nail olunduğunu qeyd edib.

Azərbaycanla artıq 30 ildir əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu bildirən Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru deyib ki, bu gün Azərbaycan əhəmiyyətli inkişafa nail olub və yüksək nəticələr əldə edib. Qonaq bu inkişaf yolunda ölkəmizlə tərəfdaş olmaqdan məmnunluğunu ifadə edib.

Görüşdə Dünya Bankının Azərbaycanda mövcud fəaliyyət istiqamətləri, ölkəmizin qarşısında duran və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olan yeni istiqamətlər və layihələr barədə müzakirələr aparılıb.

Qeyd edildi ki, Azərbaycan ilə Dünya Bankı arasında əsas əməkdaşlıq sahələri bərpaolunan enerji, yaşıl iqtisadiyyat və şəhərlər, nəqliyyat əlaqələndirməsi, kənd təsərrüfatı və irriqasiya sahələrində həyata keçirilən layihələrlə bağlıdır.

Paylaş:
188

Son xəbərlər

Gəncədə itlərin vurulması ilə bağlı görüntülər araşdırılırBu gün, 12:22Milli Məclis Ağdərə rayonunun yaradılması ilə bağlı layihəni müzakirə edirBu gün, 12:16“Roberto Coin” zərgərlik brendi, Italdizain şirkəti ilə birlikdəBu gün, 11:49Baş nazir: Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü birdəfəlik kəsilibBu gün, 11:48“Sənaye Təhlükəsizliyi Zirvəsi” uğurla başa çatdı! - FOTOBu gün, 11:35Səhiyyə Nazirliyindən 10 yaşa qədər uşaqların qızılcaya qarşı peyvəndi ilə bağlı əhaliyə müraciətBu gün, 11:22Azərbaycan Prezidenti Tailand Kralını təbrik edibBu gün, 11:18ASCO korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərini davam etdirir - VİDEOBu gün, 11:17Qubada tullantıları urnalardan kənara atan 11 nəfər şəxs aşkarlanıbBu gün, 11:06Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıbBu gün, 11:03Azərbaycan və Kuba arasında ilk siyasi məsləhətləşmələr keçirilib - FOTOBu gün, 10:54Şagirdlərin fövqəladə hallarda davranışı ilə bağlı tədbirlər keçirilibBu gün, 10:41HHM bölmələrində döyüş atışları icra olunub - VİDEOBu gün, 10:03Əmtəə bazarlarında qızıl bahalaşıb, gümüş isə cüzi ucuzlaşıbBu gün, 10:02Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıbBu gün, 09:53“İçərişəhər” və “İçan-Qala” arasında əməkdaşlıq protokolu imzalanıbBu gün, 09:50Ötən gün vətəndaşlardan 39 silah götürülübBu gün, 09:40Nyu-York birjasında təbii qaz daha da ucuzlaşıbBu gün, 09:37Qubada narkotik satışı ilə məşğul olan bacı-qardaş saxlanılıbBu gün, 09:22Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:07
Bütün xəbərlər

Next TV