Fərid Qayıbov: Gənclərin potensialından düzgün istifadə edilməsi mühüm amillərdəndir | 1news.az | Xəbərlər
Siyasət

Fərid Qayıbov: Gənclərin potensialından düzgün istifadə edilməsi mühüm amillərdəndir

12:47 - 26 / 09 / 2023
Fərid Qayıbov: Gənclərin potensialından düzgün istifadə edilməsi mühüm amillərdəndir

Tariximizin şanlı dövrünü yaşayırıq. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağdakı separatçı rejimin fəaliyyətinə son qoydu.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumunda çıxışı zamanı deyib.

Nazir gənclər siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin gənclərimizin imkanlarını yüksək qiymətləndirməsindən danışıb. Bildirilib ki, Ulu Öndərin gənclərimizlə bağlı gözləntiləri indi özünü doğruldur.

"Gənclərin potensialından düzgün istifadə edilməsi mühüm amillərdəndir. Azərbaycanın mövqeyinin güclənməsində, haqq səsimizin dünya çatdırılmasında gənclərimizin üzərinə məsuliyyət və vəzifələr düşür", -deyə nazir vurğulayıb.

Paylaş:
306

Son xəbərlər

Bütün xəbərlər