Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı verib

14:21 - 27 / 09 / 2023
Türkiyə XİN Xankəndidəki partlayışla bağlı başsağlığı verib

“Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində çoxlu sayda insanın həyatını itirməsinə, yüzlərlə insanın ağır yaralanmasına kədərləndik”.

1news.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

“Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik. Türkiyə lazım gələrsə, lazımi yardımı göstərməyə hazırdır”, - bəyanatda vurğulanıb.

Paylaş:
229

Son xəbərlər

Bütün xəbərlər