FHN-in növbəti xüsusi təyinatlı nəqliyyat vasitəsi Qarabağ bölgəsinə göndərilib | 1news.az | Xəbərlər
Siyasət

FHN-in növbəti xüsusi təyinatlı nəqliyyat vasitəsi Qarabağ bölgəsinə göndərilib

Aynurə Xudaverdiyeva10:24 - 28 / 09 / 2023
FHN-in növbəti xüsusi təyinatlı nəqliyyat vasitəsi Qarabağ bölgəsinə göndərilib

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində ehtiyat yanacaq çənləri parkında baş vermiş yanğın 2023-cü il sentyabrın 26-da əraziyə göndərilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Hadisə ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə 2023-cü il sentyabrın 27-də FHN-in növbəti 10 xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət şəxsi heyətlə Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb və artıq onlar tərəfindən müvafiq işlər həyata keçirilir.

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər