Prezident Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub - FOTO - YENİLƏNİB

17:14 - 28 / 09 / 2023
Prezident Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub - FOTO - YENİLƏNİB

Sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi-Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

1news.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına tikinti işlərinin gedişi barədə məlumat verdi.

Qeyd olunub ki, ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 718 mənzil olacaq. Onların 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.

Altı kvartaldan ibarət kompleksin inşası sürətlə və keyfiyyətlə həyata keçirilir. Bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaq.

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.

Dövlət başçısına Şirvan, Lənkəran və Yevlax Yaşayış kompleksləri barədə də məlumat verildi.

Qeyd olunub ki, 8 hektardan çox ərazidə 25 binadan ibarət Şirvan Yaşayış Kompleksinin inşasına başlanılıb. Burada 9 mərtəbəli 14, 12 mərtəbəli 11 bina inşa ediləcək. Kompleksdə 32-si studio tipli, 216-sı ikiotaqlı, 768-i üçotaqlı və 248-i dördotaqlı olmaqla ümumilikdə 1264 mənzil olacaq. Bundan başqa, 960 şagird yerlik orta məktəb binası və 80 yerlik uşaq bağçası da tikiləcək.

Tikintisi yekunlaşmaqda olan Lənkəran Yaşayış Kompleksində doqquzmərtəbəli 5 bina inşa edilib. Binalarda ümumilikdə 240 mənzil var. Mənzillərin 32-si birotaqlı (studio tipli), 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i isə dördotaqlıdır.

Yeddimərtəbəli 6 binadan ibarət Yevlax Yaşayış Kompleksinin inşasına tezliklə başlanılacaq. Kompleksdə 28-i birotaqlı, 14-ü studio tipli, 84-ü ikiotaqlı, 139-u üçotaqlı, 64-ü isə dördotaqlı olmaqla ümumilikdə 329 mənzil olacaq.

12:09

Prezident İlham Əliyev Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
343

Son xəbərlər

DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:17İran HDQ nümayəndə heyəti hərbi institutu və “N” hərbi hissəsini ziyarət edib - FOTOBu gün, 10:17Mənzilləri qısa müddətdə satılan “Avant Park”ın 2-ci mərhələsi “Avant Vista” tikilir - 8 YENİ BİNABu gün, 10:07BŞTİ məlumat yaydı: “Hazırda Bakı məktəblərində tədris prosesi davam edir”Bu gün, 09:51DİM dekabrın 10-da doktorantlar üçün imtahan keçirəcəkBu gün, 09:50“Zəlzələ ilə bağlı təcili tibbi yardıma heç bir müraciət daxil olmayıb”Bu gün, 09:46Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 09:36Polis gücləndirilmiş iş rejiminə keçdiBu gün, 09:27Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:24Bakı şəhər Dövlət Yol Polisi İdarəsi zəlzələ ilə bağlı sürücülərə müraciət etdiBu gün, 09:21Azərbaycan neftinin qiyməti 79 dollara düşübBu gün, 09:19İlham Əliyev Ermənistana xəbərdalıq edibBu gün, 09:14Azərbaycanda 5,6 maqnitudada zəlzələ olub - YENİLƏNİBBu gün, 09:06FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıbBu gün, 09:04Zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyibBu gün, 09:02Zəlzələdən sonra dəmiryol xətlərində qatarların sürəti aşağı endirilibBu gün, 08:49Azərbaycanlı deputat AŞPA–nın uşaqlar üzrə baş məruzəçisi seçilib06 / 12 / 2023, 17:51ETX “Android” telefon istifadə edənlərə xəbərdarlıq edib06 / 12 / 2023, 17:48Füzulinin işğaldan azad edilmiş iki kəndi qazlaşdırılır06 / 12 / 2023, 17:39Yağış intensiv olacaq - XƏBƏRDARLIQ06 / 12 / 2023, 17:36
Bütün xəbərlər

Next TV