Prezident Si Cinpini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Si Cinpini təbrik edib

16:06 - 30 / 09 / 2023
Prezident Si Cinpini təbrik edib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu gün Çin dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə ölkənizin hər bir sahədə əldə etdiyi nailiyyətləri və uğurları onu dünyanın iqtisadi cəhətdən ən qüdrətli və qabaqcıl ölkələri sırasına çıxarmış, beynəlxalq aləmdə mövqeyini daha da gücləndirmişdir.

Yaxın dost və etibarlı tərəfdaş ölkə olan Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Şadam ki, qədim tarixə və xoş ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, tərəfdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir.

Məmnunluqla qeyd etmək istərdim ki, hazırda ikitərəfli münasibətlərimiz geniş gündəliyə malikdir. Qarşılıqlı faydalı əməkdaşlığımızın iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, humanitar və digər sahələrdə çox aydın və böyük perspektivləri vardır. Eyni zamanda Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artması “Kəmər və yol” layihəsi çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətimizin növbəti bariz nümunəsidir.

Çin şirkətləri uzun müddətdir ki, ölkəmizdə səmərəli fəaliyyət göstərir və dövlətlərarası münasibətlərimizin inkişafında vacib rol oynayırlar. Biz bu əməkdaşlığın işğaldan azad olunmuş ərazilərimizdə də davam etdirildiyini görmək istərdik.

Azərbaycan vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü və suverenliyini daim birmənalı şəkildə dəstəkləmişdir. Çinin də ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Əminəm ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Çin çoxşaxəli münasibətlərinin daha da inkişafı, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Paylaş:
170

Son xəbərlər

“IDDA Awards” innovasiya müsabiqəsinin qalibləri elan olunub

01 / 12 / 2023, 19:41
Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilib01 / 12 / 2023, 16:53İcma: “Avropa İttifaqının Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir”01 / 12 / 2023, 16:16Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri ilə görüşüb01 / 12 / 2023, 16:061800-dən çox şəxs qrip əleyhinə peyvənd olunub01 / 12 / 2023, 15:52Bakıda yeni içməli və tullantı su şəbəkələri yaradılır01 / 12 / 2023, 15:28Əlliyə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən şəxs saxlanılıb01 / 12 / 2023, 15:06Kapital Bank-dan Yeni ilə özəl nağd kredit kampaniyası01 / 12 / 2023, 14:38Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olundu01 / 12 / 2023, 14:30İRİA “Digital Azerbaijan” brendini təqdim edib01 / 12 / 2023, 14:27Azərbaycanda 137 minə yaxın IP ünvanı zərərli proqramlarla yoluxub01 / 12 / 2023, 14:12Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb01 / 12 / 2023, 14:07QHT sədri: “Bu addımlar Azərbaycanda yaşıl enerji sektorunun yüksəlişinə səbəb olacaq”01 / 12 / 2023, 13:55Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub01 / 12 / 2023, 13:46“PAŞA Holding”in təşkil etdiyi “InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi - FOTO01 / 12 / 2023, 13:33Azərbaycan Prezidenti Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edib - VİDEO - YENİLƏNİB 101 / 12 / 2023, 13:19DYP avtomobillərin şüşələrinə yazı yazan şəxslərlə bağlı xəbərdarlıq edib01 / 12 / 2023, 13:12İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib01 / 12 / 2023, 13:03AAYDA: “Sarayda Mikayıl Müşfiq küçəsinin əsaslı təmiri yekunlaşmaq üzrədir” - FOTO - VİDEO01 / 12 / 2023, 12:50DİN bu il vətəndaşların könüllü təhvil verdiyi silahların sayı açıqladı01 / 12 / 2023, 12:44
Bütün xəbərlər

Next TV