Təbiət hadisələri ilə bağlı operativ məlumat verən Situasiya Mərkəzindən REPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

Təbiət hadisələri ilə bağlı operativ məlumat verən Situasiya Mərkəzindən REPORTAJ

Qafar Ağayev17:08 - 05 / 10 / 2023
Təbiət hadisələri ilə bağlı operativ məlumat verən Situasiya Mərkəzindən REPORTAJ

Milli Hidrometeorologiya Xidmətinin nəzdində Situasiya Mərkəzi fəaliyyətə başlayıb.

Bu məqsədlə Mərkəzə mediatur təşkil edilib.

Mərkəzdə təbiət hadisələr müşahidə edilir, təhlil olunur, baş verəcək təbiət hadisələri ilə bağlı əvvəldən xəbərdarlıq formalaşdırılır.

1news.az-ın əməkdaşının da iştirak etdiyi mediaturda jurnalistlərələ açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, dövlət investisiyası layihələri və beynəlxalq təşkilatların dəstəyi çərçivəsində Milli Hidrometeorologiya Xidmətində ölkədə təhlükəli atmosfer hadisələrinə dair Erkən Xəbərdarlıq Sisteminin yaradılması məqsədilə ilk addım kimi iki ədəd yeni Doppler hava radar sistemlərinin (Şamaxı və Göygöldə) tətbiqindən sonra Situasiya Mərkəzi yaradılıb:

"Mərkəzdə yerüstü müşahidə stansiyaları şəbəkəsindən Radar, Yeni Avtomat Meteoroloji, Avtomat Hidroloji və Avtomat Dəniz Stansiyalarından məlumatların mərkəzləşmiş qaydada toplanması və operativ kompleks təhlili təmin edilir. Hidrometeoroloji proqnozların və erkən xəbərdarlıq sistemlərinin (hidroloji proqnozlar, gözlənilməz daşqın və sel proqnozları) təkmilləşdirilməsi hava şəraitinə və su ehtiyatlarının vəziyyətinə həssas olan ölkə əhalisinə və bütövlükdə ölkənin iqtisadiyyatına maksimum xidmət edir. Son illər ərzində ümumilikdə 57 yeni müasir tələblərə cavab verən avtomat müşahidə sistemləri və 37 ədəd müşahidə kameraları tətbiq edilib".

Ekologiya və təbii sərvətlər nazirliyi Geodeziya və kartoqrafiya agentliyi publik hüquqi şəxsin idarə heyətinin sədri Nazim İsmayılov deyib ki, elektron su xəritəsi coğrafi informasiya sistemləri vasitəsilə hazırlanıb.

“Azərbaycan Respublikasının bütün çayları, su obyektləri, su tutarları, göllər, su anbarları kəhrizlər xəritədə öz əksini tapıb və xəritədə bütün bu obyektləri barədə məlumatlar yer alıb. Bu məlumlar dinamikdir, daim yenilənir. Elektron xəritədə su obyektləri ilə bağlı məlumatla yanaşı onların görüntüləri də var. Azərbaycanın bütün bölgələrində olan su hövzələrindən məlumat almaq mümkümdür. İstənilən qərarların, analizlərin verilməsi üçün Situasiya Mərkəzinin işinin təkmilləşdirilməsi üçün bizə töhvələr verəcək”.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeorologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, çaylarda, göllərdə su anbarlarında müşahidələrin aparılması üçün 88 hidroloji monitorinq mərkəzi var.

Bu məntəqələr gündəlik olaraq suyun səviyyəsi, temperaturu, axını, sərfi, sürəti, eyni zamanda daşqın və sel ilə bağlı müşahidələr aparılır. Bu məlumatlar hazırda yerləşdiyimiz Situasiya Mərkəzində monitorlarda vizuallaşdırma gedir, məlumatlar əldə edilir, təhlillər aparılır. Bu müşahidə məlumatları əsasında respublika çaylarında gözlənilən sululuğa dair proqnozlar tərtib edilir. O cümlədən, çaylarda daşqın və sel hadisələri gözlənilərsə, bu barədə də əvvəlcədən xəbərdarlıqlar tərtib olunur. Müvafiq qurumlara, o cümlədən kütləvi informasiya vasitələri ilə ictimaiyyətə çatdırılır. Artıq 2020-ci ildən başlayaraq, Dövlət İnvestisiya Proqramı çərçivəsində 1-ci mərhədələ 23 ədəd, ikinci mərhələdə 11 ədəd - hansıki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonun ərazisində quraşdırılıb. Sonrakı mərhələdə Böyük Qafqazın cənub yamacında 6 ədəd avtomat hidrologiya stansiyası quraşdırılıb. Ümumilikdə Respublika çaylarında 40 ədəd avtomat stansiya quraşdırılıb, bu da ümumilikdə şəbəkənin 45 faiz avtomatlaşdırılması deməkdir. Bu sistemlər bizə su ehtiyatlarını dəqiq qiymətləndirməyə imkan verir. Quraşdırılmış kamera vasitəsilə çayın gündəlik rejimi öyrənilir, çayda baş verən daşqın, sel hadisələri kamera vasitəsilə izlənilir”.

Paylaş:
3757

Son xəbərlər

Ali Məhkəmənin hakimi İlqar Hüseynov təqaüdə yola salındı - FOTOBu gün, 15:33Bakının bəzi ərazilərində su olmayacaqBu gün, 15:21Davamlı və etibarlı yeni HONOR X9c smartfonu - FOTOBu gün, 15:05TBMM-nin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana gəlib - FOTOBu gün, 15:03Musiqi müəllimlərinin attestasiya imtahanlarının detalları açıqlanıb - FOTOBu gün, 14:50Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcəkBu gün, 14:41MDB regionu üzrə turizm əlaqələri müzakirə edilibBu gün, 14:02Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edibBu gün, 13:48Sahibsiz heyvanlar qatarların hərəkətinə təhlükə yaradır - ADY-dən ÇAĞIRIŞBu gün, 13:35Bakıda NATO-nun təlim kursu keçirilibBu gün, 13:08Harvard Universitetinin “Growth Lab” Mərkəzi Azərbaycanda həyata keçirilən əməkhaqqı islahatlarını yüksək qiymətləndiribBu gün, 12:49Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33“PAŞA Holding”in dəstək göstərdiyi “Holberton School Azerbaijan” məktəbinin ikinci məzun günü baş tutub - FOTOBu gün, 12:14“Azərkosmos”un nizamnamə kapitalı 75 milyon manat artırılıbBu gün, 12:12CodeForFuture — İT sahəsində Azərbaycan tələbələrinin uğura gedən yoluBu gün, 12:09Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilibBu gün, 11:58İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndəribBu gün, 11:39Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş keçirilib.Bu gün, 11:32Suriyada son vəziyyət: Hama vilayətinə nəzarət edən rejimə qarşı qruplar Homs istiqamətində irəliləyirBu gün, 11:24Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdıBu gün, 11:14
Bütün xəbərlər