Ceyhun Bayramov sülhlə bağlı danışdı: Razılıq iki ölkə arasında birbaşa əldə edilib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov sülhlə bağlı danışdı: Razılıq iki ölkə arasında birbaşa əldə edilib

16:17 - 28 / 12 / 2023
Ceyhun Bayramov sülhlə bağlı danışdı: Razılıq iki ölkə arasında birbaşa əldə edilib

Azərbaycan və Ermənistan arasında sülh üçün mühit önəmlidir. 2023-cü ilin sonunda müəyyən müsbət nəticələrin birbaşa təmaslar nəticəsində əldə olunmasına diqqət çəkmək istəyirəm.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“2024-cü ildə sülh istiqamətində inkişafa nikbin baxırıq. Eyni zamanda, öz tərəfimizdən legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüququ əsas götürərək üzərimizə düşən müsbət qarşılıqlı addımları atmağa hazırıq.Sülh istiqamətində hər hansısa müsbət irəliləyiş olarsa, bu ümumi prosesə yaxşı mənada təsir edə bilər. Bu mənada, dekabrdakı inkişaf ciddi etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilər. Razılıq iki ölkə arasında birbaşa əldə edilib, üçüncü ölkənin iştirakı baş verməyib”, - nazir deyib.

Ceyhun Bayramov sülh gündəliyi üçün müxtəlif istiqamətlərin olduğunu bildirib:

“Noyabrın 30-da delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi müsbət inkişafa yönəlik addımdır”.

Nazir deyib ki, noyabr ayında sülh sazişi ilə bağlı Ermənistan tərəfindən təkliflər paketi alınıb:

"Ondan əvvəl isə biz, Ermənistana bir ay müddətində öz təkliflər paketimizi hazırlayaraq göndərmişdik. Bildiyiniz kimi, bu proses 2022-ci ilin oktyabrından başlayıb və fiziki görüşlər də bu prosesin bir hissəsidir. Lakin son zamanlar fiziki görüşlərdə bəlli durğunluq oldu. Ümid edirik ki, 2024-cü ildə bu görüşlərin keçirilməsinin şahidi olacağıq. Vaxt itkisi olmaması üçün də bu təkliflər paketinin üzərində və proses üzərində işləyəcəyik".

Paylaş:
387

Son xəbərlər

Yağış, duman, külək - Baza gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39
Bütün xəbərlər