Evian meriyasının rəsmisi: Xurşidbanu Natəvanın heykəlinin götürülməsi ilə bağlı heç bir niyyətimiz yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Evian meriyasının rəsmisi: Xurşidbanu Natəvanın heykəlinin götürülməsi ilə bağlı heç bir niyyətimiz yoxdur

11:28 - 10 / 01 / 2024
Evian meriyasının rəsmisi: Xurşidbanu Natəvanın heykəlinin götürülməsi ilə bağlı heç bir niyyətimiz yoxdur

Bu gün hər yerdə reallığı əks etdirməyən məlumatlar yayılıb.

Bildiyiniz kimi, Xurşidbanu Natəvanın heykəli vandalizm aktına məruz qalıb. Heykəlin burnu sındırılıb, həmçinin üzərinə qırmızı maye tökülüb. Şəhərimizin bu sahəyə məsul xidməti heykəli qorumaq üçün onu bürüyüb. Bu, şəhərimizin mövqeyidir. Bizim bu heykəli oradan götürmək, ondan qurtulmaq kimi heç bir niyyətimiz olmayıb və yoxdur. Heykəlin oradan götürülməsi heç vaxt müzakirə mövzusu olmayıb.

1news.az xəbər verir ki, bu sözləri AZƏRTAC-ın sualına cavabında Evian-Le-Bən şəhər meriyasının attraktivlik üzrə direktor müavini Kristel Okler söyləyib.

K. Okler vandalizm aktı ilə bağlı hər hansı təhqiqat işinin aparılması ilə bağlı suala cavabında bunun onun səlahiyyətləri çərçivəsində olmadığını və bununla bağlı fikir söyləyə bilməyəcəyini deyib. Ancaq bununla belə, orada videomüşahidə sisteminin olmadığını və vandalizm aktını törədənlərin tapılmasının çətin olacağını qeyd edib.

O diqqətə çatdırıb ki, şəhər meriyasının heykəllə bağlı mövqeyi belədir.

Xatırladaq ki, 2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı şəhəri ilə Fransa Respublikasının Evian-Le Bən şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb.

Həmin dövrdə xartiyanın imzalanmasının məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olub. Hətta bu istiqamətdə praktiki addımlar atılıb, tərəflər arasında qarşılıqlı səfərlər baş tutub.

Əməkdaşlığın davamı olaraq 2017-ci ildə Evian şəhərində “Azərbaycan bağı”nın və bağda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin açılışı olub. Lakin ötən ilin dekabrında heykəl vandalizm aktına məruz qalıb.

Paylaş:
203

Son xəbərlər

AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37
Bütün xəbərlər