STM Azərbaycanda insanların 2024-cü ildə gözləntiləri ilə bağlı sorğu keçirdi - NƏTİCƏLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

STM Azərbaycanda insanların 2024-cü ildə gözləntiləri ilə bağlı sorğu keçirdi - NƏTİCƏLƏR

Qafar Ağayev12:09 - 11 / 01 / 2024
STM Azərbaycanda insanların 2024-cü ildə gözləntiləri ilə bağlı sorğu keçirdi - NƏTİCƏLƏR

Respondentlərin 71 %-i 2024-cü illə bağlı nikbindir.

1news.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) 2024-cü il üçün həm ölkənin, həm də dünyanın vəziyyəti ilə bağlı vətəndaşların ümumi gözləntilərini öyrənmək məqsədilə keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.

19.2 %-i qeyri-müəyyənlik hiss etdiyini, 5.6 %-i bədbin olduğunu ifadə edib. Respondentlərin 4.1 %-i rəyini bildirməkdə çətinlik çəkib.

Dünyadakı vəziyyət ilə bağlı gözləntilərə gəldikdə, respondentlərin 34.4 %-i nikbin olduğunu, 40.0 %-i qeyri-müəyyənlik hiss etdiyini, 12.1 %-i bədbin olduğunu ifadə edib, 13.6 %-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Ölkə ilə bağlı nikbin mövqe qadınlarla müqayisədə (64.8 %) kişilərdə daha yüksək (77.3 %) qeydə alınıb. Lakin dünya ilə bağlı rəylərdə əhəmiyyətli fərq müşahidə olunmayıb.

Yaş artdıqca nikbin mövqedə olanların sayında artım qeydə alınıb. Belə ki, ölkə ilə bağlı 18-24 yaş qrupu respondentlərin 53.3 %-i, 35-44 yaş qrupu respondentlərin 69.5 %-i, yaşı 65-dən yuxarı olanların 82.2 %-i nikbin olduğunu ifadə edib.

Ali təhsilə malik olanların 78.8 %-i, orta təhsillilərin 69.4 %-i ölkə ilə bağlı nikbin olduğunu bildirərkən, dünya ilə bağlı onların 45.5 %-i və 39.4 %-i nikbin hiss etdiyini ifadə edib.

Sorğular 2023-cü il noyabrın 25-28-də 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95 % əminlik intervalında 5 % təşkil edir.

Paylaş:
248

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər