Hikmət Hacıyev Türkiyə PA rəsmisi ilə media sahəsində əməkdaşlığı müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev Türkiyə PA rəsmisi ilə media sahəsində əməkdaşlığı müzakirə edib

15:39 - 19 / 01 / 2024
Hikmət Hacıyev Türkiyə PA rəsmisi ilə media sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

1news.az xəbər verir ki, bu barədə F.Altun “X”də yazıb.

O bildirib ki, Türkiyə və Azərbaycan kommunikasiya və media sahəsində, həmçinin dezinformasiya ilə mübarizədə əməkdaşlığı gücləndirməyə böyük əhəmiyyət verir:

“Bundan sonra da media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirəcək, beynəlxalq müstəvidə iki dost və qardaş ölkə olaraq həqiqət uğrunda mübarizəmizi davam etdirəcəyik”.

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər