DYP əlverişsiz hava şəraiti ilə bağlı bir daha sürücülərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP əlverişsiz hava şəraiti ilə bağlı bir daha sürücülərə müraciət edib

13:03 - 23 / 01 / 2024
DYP əlverişsiz hava şəraiti ilə bağlı bir daha sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

DYP hazırda ölkə ərazisində qar və yağışla müşahidə olunan hava şəraitinin yol hərəkət iştirakçıları üçün əlverişsiz olduğunu, yolların buz bağlama ehtimalının artmasını, ümumiyyətlə, mövsüm üçün xarakterik olan dumanlı, yağışlı, qarlı havalarda baş verə biləcək yol qəzalarının qarşısının alınması məqsədilə bir daha sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə çağırıb.

İdarənin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, müraciətdə deyilir: “Dəyərli sürücülər! Yollarda xoşagəlməz halların yaşanmaması üçün şinlərinin protektorundakı naxışlarının qalmış hündürlüyü normaların tələbinə uyğun olmayan avtomobillərin istismarına yol verməyin, qarlı, şaxtalı havalarda təkərlərin təzyiqini normadan aşağı saxlayın, istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz edilməyən köhnə avtomobilləri idarə etməkdən çəkinin, avtomobilinizin şüşə silgəclərinin, şüşəyuyanlarının, xarici işıq cihazlarının işlək vəziyyətdə olmasından əmin olun, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, habelə avtomobillərin zəncir və dartı kəndiri ilə təchiz olunmasını təmin edin.

Qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarəetmə vərdişləri olmayan sürücülərin sükan arxasına əyləşməsi tövsiyə olunmur”.

Müraciətdə daha sonra bildirilir: “Unutmayaq ki, hərəkət sürətinin yol və hava şəraitinə uyğun seçilməsi, ara məsafəsinin gözlənilməsi, zərurət olmadan ötmə əməliyyatlarının aparılmaması, qəfil manevr və kəskin tormozlamalardan çəkinmə, xüsusilə enişli-yoxuşlu yollarda, sərt döngələrdə ehtiyat tədbirlərinin görülməsi hər zaman, xüsusilə əlverişsiz hava şəraitində ən etibarlı yanaşmadır”.

Paylaş:
187

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər