Deputat: “AŞ PA-nın islamofob və antiazərbaycan təfəkkürlü nümayəndələrin düşərgəsi olduğu təsdiqləndi” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “AŞ PA-nın islamofob və antiazərbaycan təfəkkürlü nümayəndələrin düşərgəsi olduğu təsdiqləndi”

14:25 - 25 / 01 / 2024
Deputat: “AŞ PA-nın islamofob və antiazərbaycan təfəkkürlü nümayəndələrin düşərgəsi olduğu təsdiqləndi”

Avropa Şurası Parlament Assambleyası qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi, Monitorinq Komitəsinin Almaniyalı deputat Frank Şvabenin bununla bağlı irəli sürdüyü təklifləri məqbul sayması qurumun islamofob və antiAzərbaycan təfəkkürlü nümayəndələrin düşərgəsi olduğunu təsdiqlədi.

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib. O, bildirib ki, bu qərarın insan hüquqları ilə heç bir əlaqəsi yoxdur.

“Bu, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Azərbaycan nümayəndə heyətinin ötən gün qurumun iclasında çıxış etdiyi bəyanatda da qeyd edildiyi kimi, beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir.

Məsələ burasındadır ki, Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. 20 il ərzində qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. Bir dəfə də olsun işğalçı Ermənistanın törətdiyi cinayətlərə görə bu ölkənin səs hüququnun məhdudlaşdırılması haqda düşünməyib. İşğal dövründə AŞPA-nın münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format olmadığını iddia edənlər indi bu qurumda məsələnin əksini deyir və Azərbaycana hücum etmək üçün fürsət axtarırlar".

"Ümumiyyətlə, 2001-ci ildən bəri ermənipərəst, islamofob qüvvələr daim Azərbaycana qarşı bu təşkilatdan vasitə kimi istifadə etməkdədirlər" - deyə deputat əlavə edib:

"Qərəzli təklifin almaniyalı deputat Frank Şvabe tərəfindən səslənməsi isə təsadüfi deyil. Fransa və Almaniya bu gün Azərbaycan əleyhinə tandem şəklində çıxış edir. Bəzi hallarda Fransa öz məkrli niyyətlərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Almaniya XİN başçısının BMT TŞ-da Azərbaycana qarşı qərəzli çıxışını xatırlatmaq yerinə düşür. Anna Berbok azərbaycanlıları “dinc ermənilərə qarşı zorakılıqda” ittiham etmişdi. Məlumdur ki, Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinfə metal emalı zavodlarında Fransa şirkətləri ilə yanaşı, alman şirkətləri də fəalliyət göstərirdi. Bu da beynəlxalq konvensiyalara ziddir.

İndi Almaniya və Fransa Azərbaycana qarşı qərəzli siyasətini AŞPA müstəvisinə keçirib. Ona görə də Azərbaycan haqlı olaraq bu qurumda fəaliyyətinə yenidən baxaraq, AŞPA-da fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırdı".

Paylaş:
574

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər