Çexiya parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

14:50 - 01 / 02 / 2024
Çexiya parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Marketa Pekarova Adamovanı Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev, Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlaçek və digər rəsmi şəxslər qarşıladılar.

Paylaş:
305

Son xəbərlər

Bütün xəbərlər