Ağalıda səhhəti ilə bağlı məntəqəyə gələ bilməyən sakinlər evlərində səs veriblər | 1news.az | Xəbərlər
Siyasət

Ağalıda səhhəti ilə bağlı məntəqəyə gələ bilməyən sakinlər evlərində səs veriblər

18:53 - 07 / 02 / 2024
Ağalıda səhhəti ilə bağlı məntəqəyə gələ bilməyən sakinlər evlərində səs veriblər

Zəngilanın Ağalı kəndində növbədənkənar prezident seçkilərində seçicilər yüksək əhval-ruhiyəyə ilə iştirak edirlər. Səhhəti ilə bağlı məntəqəyə gələ bilməyən kənd sakinləri isə evlərində səs veriblər.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Ağalıda yerləşən 33 saylı məntəqəsində daşınan seçki qutusunun ünvana gətirilməsi üçün ərizə ilə müraciət edən yaşlı sakinlər də səsvermədə iştirak ediblər. Onların ünvanına daşınan seçki qutusu aparılıb və konstitusion hüquqlarından istifadə etmələri üçün şərait yaradılıb. Seçicilər tam şəffaf qaydada səs veriblər.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər