Zəngilan və Qubadlıda prezident seçkiləri üzrə səsvermə başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Zəngilan və Qubadlıda prezident seçkiləri üzrə səsvermə başlayıb

09:04 - 07 / 02 / 2024
Zəngilan və Qubadlıda prezident seçkiləri üzrə səsvermə başlayıb

İşğaldan azad olunan Zəngilan və Qubadlı rayonlarında növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.

1news.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, qeydiyyata alınan seçicilər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi nəzdində yaradılan 4 məntəqədə səsvermədə iştirak edəcəklər. Məntəqələrdən 3-ü Zəngilan, 1-i isə Qubadlı rayonu ərazisində yaradılıb.

Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilən ərazilərində ümumilikdə 2919 seçici qeydiyyata alınıb. Qeydiyyata alınan seçicilər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin nəzdində yaradılan 4 məntəqə üzrə səsvermədə iştirak edəcəklər.

Səsvermə məntəqələri bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.

Zəngilan rayonu Ağalı kəndində yaradılan 33 saylı məntəqə üzrə 971 nəfər, Alıbəyli kəndində “DOST” Aqroparkın binasında yaradılan 61 saylı məntəqə üzrə 615 nəfər, Ağbənd qəsəbəsində “KALYON” Şirkətinin inzibati binasında yaradılan 62 saylı məntəqə üzrə 561 nəfər, Qubadlı rayonu Xanlıq kəndində “POLATYOL” şirkətinin inzibati binasında yaradılan 63 saylı məntəqə üzrə isə 1387 nəfər səsvermə hüququndan istifadə edə biləcəklər.

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Paylaş:
259

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər