Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO - YENİLƏNİB

16:40 - 08 / 02 / 2024
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO - YENİLƏNİB

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev seçkiləri müşahidə etdiklərinə görə nümayəndə heyətinə minnətdarlığını bildirdi.

Şamil Ayrım nümayəndə heyəti adından çıxış edərək dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdi.

Qonaq Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun və qardaşlığının ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu vurğuladı.

Dövlətimizin başçısı seçkilərdə qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanın ona təbrik məktubu göndərdiyini və Türkiyə Prezidenti ilə telefonla danışdıqlarını məmnunluqla qeyd etdi.

Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrini böyük əhəmiyyət daşıdığını bildirdi.
Dövlətimizin başçısı da Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu vurğuladı.
Şamil Ayrım 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında Prezident İlham Əliyevin və Azərbaycanın dünyaya bir nümunə göstərdiyini qeyd etdi. Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin dövlətimizin başçısı tərəfindən yerinə yetirildiyini deyən qonaq vurğuladı ki, Azərbaycan xalqı ilk dəfə olaraq bu seçkilərdə ərazi bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qürurla iştirak edib.

Azərbaycan Prezidenti Vətən müharibəsində Qələbədə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirildiyini bir daha qeyd etdi.

Görüşdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsizlik vurğulandı, Türkiyə Böyük Millət Məclisinin bunun əleyhinə olduğu və Türkiyə parlamentində də bununla əlaqədar müvafiq bəyanatların və müraciətlərin qəbul olunacağı qeyd edildi, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməsinin vacibliyini bildirildi.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatı və Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu, Türk Dövlətləri Təşkilatında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşdirilməsinin önəmi qeyd olundu.

Nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının daha da inkişafı üçün fəaliyyətini yüksək qiymətləndirdiklərini dedilər.

***

15:08

saat Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

1news.az-ın məlumatına görə bu barədə Prezidentin mətbuat xidmətindən bildirilib.

Paylaş:
468

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər