Münxendə Azərbaycan Prezidenti ilə İraq Kürdüstan Regionunun Başçısının görüşü olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Münxendə Azərbaycan Prezidenti ilə İraq Kürdüstan Regionunun Başçısının görüşü olub - YENİLƏNİB

12:40 - 17 / 02 / 2024
Münxendə Azərbaycan Prezidenti ilə İraq Kürdüstan Regionunun Başçısının görüşü olub - YENİLƏNİB

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzaninin görüşü olub.

1news.az xəbər verir ki, Neçirvan Bərzani dövlətimizin başçısına prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib, ondan da səmimi təbrik məktubu almasını məmnunluqla qeyd edib.

İraq Kürdüstan Regionunun Başçısı Azərbaycana səfərini və dövlət başçısı ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayıb. Səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin nümayəndələrinin yaxından çalışdıqları vurğulanıb. Həmçinin İraqın mərkəzi hökuməti ilə Azərbaycan arasında əlaqələr məmnunluqla qeyd olunub.

Söhbət əsnasında İraqın müxtəlif şəhərləri ilə Azərbaycan arasında birbaşa uçuşların olmasının önəmi qeyd edilib. Regionla Azərbaycan arasında iqtisadi-ticari, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində məsələlər nəzərdən keçirilib.

Neçirvan Bərzani COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.

Prezident İlham Əliyev İraq Kürdüstan Regionunun Başçısını COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.

Söhbət zamanı iqlim dəyişikliyi istiqamətində də birgə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

12:05

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzaninin görüşü olub.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
532

Son xəbərlər

Bakıda sıxlıq olan küçə və prospektlərBu gün, 08:53“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıb04 / 12 / 2024, 17:58Gənc yazar dünyasını dəyişdi04 / 12 / 2024, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcək04 / 12 / 2024, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunur04 / 12 / 2024, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTO04 / 12 / 2024, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib04 / 12 / 2024, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıb04 / 12 / 2024, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb04 / 12 / 2024, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcək04 / 12 / 2024, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTO04 / 12 / 2024, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTO04 / 12 / 2024, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşır04 / 12 / 2024, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİB04 / 12 / 2024, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edib04 / 12 / 2024, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıb04 / 12 / 2024, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTO04 / 12 / 2024, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYE04 / 12 / 2024, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülüb04 / 12 / 2024, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olub04 / 12 / 2024, 13:25
Bütün xəbərlər