ABŞ səfiri Azərbaycanı Ramazan ayının başlanması münasibətilə təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ səfiri Azərbaycanı Ramazan ayının başlanması münasibətilə təbrik edib

16:35 - 11 / 03 / 2024
ABŞ səfiri Azərbaycanı Ramazan ayının başlanması münasibətilə təbrik edib

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) müqəddəs Ramazan ayının başlanması münasibətilə Azərbaycan vətəndaşlarını təbrik edib.

1news.az xəbər verir ki, səfirin təbriki diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında dərc olunub.

“Azərbaycanda müqəddəs Ramazan ayını qeyd edən hər kəsə sevinc, əmin-amanlıq və bərəkət arzulayıram”, - paylaşımda qeyd edilib.

Paylaş:
317

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər