İcma: Avropa Parlamentinin qəbul etdiyi qətnamə regionda gərginliyi artırmaq məqsədi güdür | 1news.az | Xəbərlər
Siyasət

İcma: Avropa Parlamentinin qəbul etdiyi qətnamə regionda gərginliyi artırmaq məqsədi güdür

22:39 - 13 / 03 / 2024
İcma: Avropa Parlamentinin qəbul etdiyi qətnamə regionda gərginliyi artırmaq məqsədi güdür

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin irqçi yanaşmadan çıxış edərək bu gün qəbul etdiyi, regionda gərginliyi artırmaq məqsədi güdən növbəti anti-Azərbaycan qətnaməsini sərt şəkildə qınayır.

Bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, Avropa Parlamentində oturan neo-səlibçilər Ermənistanı hərbiləşdirməyə çağırmış və əsassız iddialarla Azərbaycana böhtan atmışlar. Əslində, müəyyən dairələrin əlində alət olan korrupsioner, irqçi ünsürlər yığıntısı olan Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə ədalətin zəfər çalmasından qəzəbini gizlədə bilmir.

“Son dövrlər Ermənistan və Azərbaycan arasında müşahidə olunan nisbi sabitlik, iki dövlət arasında baş vermiş yüksək səviyyəli təmaslar və Almaniyanın federal Kanslerinin səyləri fonunda Avropa Parlamentinin bu qətnaməni qəbul etməsi təxribatçı addımdır və regional dinamika baxımından tamamilə yanlış siqnal verir.

Avropa Parlamenti bu cür əbəs oyunlar yerinə Ermənistandan və əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlının qovulmasına, orada azərbaycanlıların mədəni irsinin, mindən çox azərbaycanlı yaşayış məntəqəsinin dağıdılmasına, minlərlə mülki azərbaycanlının qətliamına indiyədək niyə susduğuna dair izahat verməlidir.

Ermənistan tarixdən dərs çıxararaq həmin bədxah qüvvələrin təxribat və təhriklərinə uymamalıdır. Ermənistan həmin qüvvələrlə və bu kimi “sənədlərlə” özü arasında məsafə qoymalı, qovulmuş Qərbi azərbaycanlıların geri qayıtmasına şərait yaratmaqla Azərbaycanla sülh əldə etməyə çalışmalıdır”, - deyə bəyanatda vurğulanıb.

Paylaş:
233

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər