Britaniya parlamentinin Lordlar Palatasının üzvü İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Britaniya parlamentinin Lordlar Palatasının üzvü İlham Əliyevi təbrik edib

14:41 - 14 / 03 / 2024
Britaniya parlamentinin Lordlar Palatasının üzvü İlham Əliyevi təbrik edib

Böyük Britaniya parlamentinin Lordlar Palatasının və Azərbaycanla dostluq qrupunun üzvü Baronessa Manzila Uddin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Seçkilərdə qələbəniz münasibətilə Sizi təbrik etməkdən böyük məmnunluq duyuram. Bu, Sizin Azərbaycana və xalqınıza çox uğurlu xidmətinizin və liderliyinizin təsdiqidir.

Sizinlə Londonda görüşməyimi və ya ən yaxın zamanda Azərbaycana səfər etməyimi səbirsizliklə gözləyirəm.

Müqəddəs Ramazan ayının başlaması münasibətilə Zati-alinizə və xanım Mehriban Əliyevaya ən xoş arzularımı çatdırıram. Sizə və Azərbaycan xalqına Allahdan firavanlıq və əmin-amanlıq diləyirəm".

Paylaş:
257

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər