Gürcüstanda Novruz bayramı qeyd olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstanda Novruz bayramı qeyd olunub - FOTO

13:08 - 21 / 03 / 2024
Gürcüstanda Novruz bayramı qeyd olunub - FOTO

Gürcüstanın Marneuli rayonunda Novruz bayramı qeyd olunub.

1news.az "Report"a istinadən xəbər ki, martın 21-də təşkil olunan bayram şənliyinə Gürcüstanın Baş naziri İrakli Kobaxidze də qatılıb.

Tədbirdə, həmçinin Barışıq və Vətəndaş Bərabərliyi naziri Tea Axvlediani, hökumət üzvləri, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri - Faiq Quliyev, Ali Kaan Orbay, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Giorgi Doxturaşvili, Marneulinin meri Kənan Ömərov, parlamentin deputatları Savalan Mirzəyev, Zaur Darğallı, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Baş nazirə Novruz bayramı barədə məlumat verilib, hədiyyələr təqdim olunub. Daha sonra rəsmilər Novruz tonqalını alovlandırıblar.

Baş nazir İrakli Kobaxidze Gürcüstanın azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib, Novruzu qeyd edən insanlara cansağlığı, sülh və tərəqqi arzulayıb.

“Əziz etnik azərbaycanlı həmvətənlərimizi, qardaşımız Azərbaycanı, Türkiyəni, bu bayramı qeyd edən hər kəsi təbrik edirəm. Vətəndaşlarımıza əmin-amanlıq, firavanlıq, daha çox bərəkət, xalqımıza daha çox sevinc, sabitlik arzulayıram. Azərbaycanlı həmvətənlərimizə, çox zəhmətkeş, ziyalı insanlara böyük hörmət və məhəbbətimi ifadə etmək istəyirəm. Ölkəmizin bu gün möhkəm birliyə ehtiyacı var və ən yaxşısı odur ki, biz buna nail olmuşuq”, - hökumət başçısı deyib.

Sonra Azərbaycandan gəlmiş müğənnilər, rəqs qrupları, eləcə də yerli musiqiçilər maraqlı konsert proqramı ilə çıxış ediblər.

Qonaqlar Azərbaycan mətbəxinin təamları, eləcə də paxlava və şəkərburanın dadına baxıblar.

Paylaş:
0

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər