Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri ilə görüş keçirilib

Qafar Ağayev17:10 - 29 / 04 / 2025
Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə videokonfrans formatında görüşüb.

1news.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Vurğulanıb ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir. Görüşdə Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, tərəflər ticarət əlaqələrinin və qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirələr aparıblar.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər