2023-cü ildə dövlət büdcəsinə 103 milyon manatdan çox ziyan dəyib | 1news.az | Xəbərlər
İqtisadiyyat

2023-cü ildə dövlət büdcəsinə 103 milyon manatdan çox ziyan dəyib

16:26 - 08 / 04 / 2024
2023-cü ildə dövlət büdcəsinə 103 milyon manatdan çox ziyan dəyib

Ötən il 4 anatilik fəaliyyət həyata keçirilib ki, bunlardan 3-ü başa çatdırılıb. Aşkar olunmuş nöqsanların ümumi məbləği 1 milyard 971,9 milyon manat təşkil edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mətbuat konfransında çıxışı zamanı deyib.

Sədrin sözlərinə görə, büdcəyə dəymiş ziyan 103,2 milyon manat müəyyən olunub.

“2023-cü ildə Hesablama Palatasının analitik fəaliyyəti 3 milyard 623,3 milyon manat vəsaiti əhatə edib”, - deyə Vüqar Gülməmmədov qeyd edib.

Paylaş:
470

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər