Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

Qafar Ağayev11:47 - 13 / 04 / 2024
Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,77 ABŞ dolları, yaxud 1,9 % artaraq 94,73 ABŞ dolları təşkil edib.

Bu barədə 1news.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 90,45 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər