Xalq rəssamları Natavanın Parisdəki heykəlinin bərpasına görə Prezidentə təşəkkür etdilər: “Bu, bizi sevindirdi” | 1news.az | Xəbərlər
Siyasət

Xalq rəssamları Natavanın Parisdəki heykəlinin bərpasına görə Prezidentə təşəkkür etdilər: “Bu, bizi sevindirdi”

13:10 - 11 / 05 / 2024
Xalq rəssamları Natavanın Parisdəki heykəlinin bərpasına görə Prezidentə təşəkkür etdilər: “Bu, bizi sevindirdi”

Xalq rəssamı Salxab Məmmədov və Xalq rəssamı Əli İbadullayev Prezident İlham Əliyevə məktub göndərib.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına

Zati-aliləri,

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıdılması istiqamətində müdrik siyasətini daim davam və inkişaf etdirərək, ədəbiyyat və incəsənət xadimlərinə hədsiz diqqət və qayğı göstərirsiniz.
Məhz Sizin və Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun himayəniz altında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, öz yaradıcılığında humanizmi tərənnüm, gözəlliyi vəsf edən azərbaycanlı şairə Xurşidbanu Natəvanın abidəsi 2017-ci ildə Fransanın Evian Lö-Bən şəhərində ucaldıldı.
Lakin 2023-cü ilin sonunda bu abidəyə qarşı Fransadakı radikal qüvvələrin azərbaycanafob mövqeyini bütün dünyaya göstərən vandallıq hərəkətlərinə yol verildi.

Bu hadisə 19 sentaybr 2023-cü ildə Müzəffər Ali Baş Komandan, Prezident kimi Sizin rəhbərliyiniz altında rəşadətli ordumuzun sivil müharibə qanunlarına dəqiq əməl olunmaqla həyata keçirdiyi bir sutkayadək davam etmiş anti-terror tədbirləri nəticəsində bütün ərazilərimizdə dövlət suverenliyimizin tam bərpasından sonra baş vermişdir. Görünür Qarabağdakı şər yuvasının varlığına son qoyulması, separatizmin kökünün kəsilməsi Fransadakı radikal erməni icmasının təsiri altında olan seçilmiş nümayəndələr tərəfindən həzm olunmur.

2024-cü il mart ayının 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışınız zamanı həmin abidə üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirməklə söylədiyiniz kimi, “Bu, suverenliyimizi bərpa etdikdən sonra üzləşdiklərimizin bir nümunəsidir. Bu, ikili standartların göstəricisidir”

Cənab Prezident,

Sizin yüksək diqqətinizi çəkmiş Xurşidbanu Natəvanın abidəsinin Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin ərazisinə gətirilməsi, bərpa olunması, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə yenidən açılışı təqdirəlayiq hadisə kimi bütün mədəni ictimaiyyəti və biz müəllifləri ürəkdən sevindirir.
Sizə və ölkəmizin Birinci xanımı, mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevaya sonsuz təşəkkürümüzü bildirir, minnətdarlığımızı qəbul eləməyinizi xahiş edirik".

Paylaş:
341

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər