CANSO tədbiri çərçivəsində Xəzər dənizinə 5 min nərə balığı körpəsi buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

CANSO tədbiri çərçivəsində Xəzər dənizinə 5 min nərə balığı körpəsi buraxılıb

Qafar Ağayev10:59 - 14 / 06 / 2024
CANSO tədbiri çərçivəsində Xəzər dənizinə 5 min nərə balığı körpəsi buraxılıb

Bakı – Ümumdünya Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci İllik Ümumi İclası çərçivəsində 5 min nərə balığı körpəsinin təbii yaşayış mühitinə buraxılması mərasimi keçirilib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Neftçalada baş tutan bu təşəbbüs Xəzər hövzəsində nəsli kəsilməkdə olan nərə balığı populyasiyasının bərpası məqsədilə həyata keçirilib.

Tədbirdə AZAL, AZANS və CANSO-nun nümayəndələri, həmçinin sammit iştirakçılarının ailə üzvləri iştirak ediblər. Qurumların birgə səyləri Xəzər dənizinin ekosisteminə uzunmüddətli müsbət təsir göstərməyə yönəlib. Həmçinin bu təşəbbüs onların yeni əməkdaşlığını, ətraf mühitə qayğısını və biomüxtəlifliyin qorunmasına sadiqliyini nümayiş etdirir.

Nərə balığı Xəzər dənizinin ekosistemində özünəməxsus yer tutur. O, həm də dünyanın ən çox sevilən təamlarından biri olan kürünün mənbəyidir.

Qeyd edək ki, Bakıda iyunun 11-dən 13-nə kimi Ümumdünya Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci İllik Ümumi İclası keçirilib. Tədbirdə 80-dən çox ölkədən 300-ə yaxın mülki aviasiya üzrə rəhbər şəxs iştirak edib.

Ekoloji dayanıqlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarlar qəbul etmək, bilik mübadiləsi və məhsuldar dialoqlar aparmaq üçün hava hərəkəti idarə edilməsi sahəsinin dünya liderlərinin diqqətini cəlb etmək məqsədi daşıyıb.

Paylaş:
133

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər