Aqşin Kərimov: “Azərbaycan seçkiləri sabit, təhlükəsiz, demokratik şəraitdə keçirir” | 1news.az | Xəbərlər
Siyasət

Aqşin Kərimov: “Azərbaycan seçkiləri sabit, təhlükəsiz, demokratik şəraitdə keçirir”

16:24 - 30 / 08 / 2024
Aqşin Kərimov: “Azərbaycan seçkiləri sabit, təhlükəsiz, demokratik şəraitdə keçirir”

“Azərbaycanda keçiriləcək parlament seçkiləri regional və qlobal münaqişələrin şiddətləndiyi zamana təsadüf edir. Azərbaycan dövləti isə ölkəmizin həm ətrafında, həm də daxilində təhlükəsizlik şəraiti yarada bilib. Seçkilər sabit, demokratik bir şəraitdə keçirilir və beynəlxalq təmsilçilikdə ölkəmizin mövqelərini gücləndirir”.

1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə saytına açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

O vurğulayıb ki, bu ilin fevralında Azərbaycanda Prezident seçkiləri uğurla keçirildi. Ardınca isə parlament seçkiləri baş tutur: “Bu, o deməkdir ki, Azərbaycan dövləti hakimiyyətin icraedici və qanunverici qanadını təkmilləşdirir. Milli Məclisin tərkibindəki dəyişikliklər beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daha yaxşı müdafiə etmək imkanları yaradır”.

A.Kərimov qeyd edib ki, müstəqil Azərbaycanın tarixində ərazi bütövlüyü çərçivəsində ilk parlament seçkiləri keçirilir: “Milli Məclis artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında məskunlaşan vətəndaşlarımızın da səsi olacaq. Qarabağ və Şərqi Zəngəzur bölgələrindən təmsil edəcək deputatların seçicilərlə iş prinsipində yeniliklər gözlənilir”.

Paylaş:
1350

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər