Goranboyda 104 yaşlı seçici səs verib | 1news.az | Xəbərlər
Siyasət

Goranboyda 104 yaşlı seçici səs verib

15:09 - 01 / 09 / 2024
Goranboyda 104 yaşlı seçici səs verib

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin dairə seçki komissiyasının 43 saylı məntəqəsində daşınan qutu vasitəsilə 9 nəfər səs vermədə iştirak edib.

1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, xəbər verir ki, onlar arasında ən yaşlı seçici Goranboy rayonunun Düzqışlaq kənd sakinidir. 1920-ci il təvəllüdlü Alya Musayeva üçün daşınan qutu məntəqə üzvü tərəfindən onun yaşadığı evə gətirilib. O, istədiyi namizədə səs verib.

Bununla da Alya nənənin səsvermə hüququndan evdə istifadə etməsi təmin olunub.

Paylaş:
322

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər