Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir

Qafar Ağayev11:31 - 04 / 10 / 2024
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir

Oktyabrın 3-də Milli Azərbaycan Tarixi Muzeyində Mədəniyyət Nazirliyi və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin birgə təşkilatçılığı, UNESCO-Yaponiya Etimad Fondunun və Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun dəstəyi ilə “İpək Yolu Volqa-Xəzər Dəhlizi: İkinci İllik Subregional” konfrans öz işinə başlayıb.

Hibrid formatda keçirilən tədbirdə xəzər regionu ölkələrindən - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan olan nümayəndələr, eləcə də UNESCO, Böyük Britaniya və Yaponiyadan olan ekspertlər qatılıb.

Konfrans “İpək Yolu Volqa-Xəzər Dəhlizi Transsərhəd Nominasiyası”na təqdim ediləcək mədəni irs obyektlərinin müəyyənləşdirilməsi, müvafiq sənədlərin dəhlizə daxil olan 5 ölkənin hökumət nümayəndələri, milli əlaqələndiriciləri, yerli və beynəlxalq ekspertlərlə müzakirə olunması məqsədilə təşkil olunub.

Konfransda layihəyə daxil olan ölkələrin rəsmiləri, Ümumdünya İrs Mərkəzi, Yaponiyanın Teikyo Universiteti, Böyük Britaniyanın London Universitet Kolleci və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (BMAAİ) ekspertləri nominasiyanın sənədləşməsi istiqamətində vacib addımları qeyd ediblər.Natiqlər UNESCO-nun Dünya İrs Komitəsinin təşəbbüsü ilə yaranan irihəcmli “Transsərhəd İpək Yolu abidələrinin Dünya İrs Siyahısına nominasiyası” proqramının əhəmiyyətini yüksək qiymətləndiriblər. Eyni zamanda tarixi İpək Yolunun keçdiyi ərazilər, ölkələr və xalqlar arasında ticarət, mədəniyyət sahəsinin inkişafına təsiri imkanları haqqında fikir mübadiləsi aparılıb.

Proqramın İpək Yolunun üzərində yerləşən ölkələrin zəngin mədəni irsinin beynəlxalq səviyyədə təbliğ olunmasında əhəmiyyəti vurğulanaraq, bu yolun təkcə iqtisadi deyil, həm də mədəni sahədə birləşdirici rolu qeyd olunub. Daha sonra Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan olan ekspertlər layihə çərçivəsində müvafiq ölkələrdə görülən işlər barədə təqdimatla çıxış ediblər.

Konfrans oktyabrın 6-dək davam edəcək.

Qeyd edək ki, 2005-ci ildən etibarən UNESCO-nun Dünya İrs Komitəsinin təşəbbüsü ilə irihəcmli “Transsərhəd İpək Yolu abidələrinin Dünya İrs Siyahısına nominasiyası” proqramı həyata keçirilməkdədir. Proqramın ilk iki mərhələsi çərçivəsində iki koridor seriya nominasiya kimi hazırlanaraq Dünya İrsi Siyahısına daxil edilib. Azərbaycan Respublikası 2018-ci ildə sözügedən proqrama qoşulmuşdur. Proqramın üçüncü mərhələsində Xəzərsahili ölkələrin birgə nominasiya hazırlayaraq üçüncü koridoru Dünya İrsi Siyahısına təqdim etməyi hədəfləyir. Bakıda keçiriln illik subregional konfranslar müvafiq proses çərçivəsində təşkil edilir.

Paylaş:
123

Son xəbərlər

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37
Bütün xəbərlər