Sabirabadda qaçırılan 15 yaşlı qız tapıldı

Sabirabadda qaçırılan azyaşlı qız tapılıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis əməkdaşları onların kənd ərazisində gizləndikləri yeri müəyyən ediblər.
2011-ci il təvəllüdlü qız və 2009-cu il təvəllüdlü oğlan tapılaraq ailələrinə təhvil veriliblər.
Xatırladaq ki, azyaşlı qızın evlənmək məqsədilə qaçırılması barədə atası polisə müraciət etmişdi.
Araşdırma aparılır.
61











