Dövlət başçısı Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət başçısı Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTO - YENİLƏNİB

Qafar Ağayev13:41 - 31 / 10 / 2024
Dövlət başçısı Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.

1news.az xəbər verir ki, dövlətimizin başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Zığ Elektrik Avtobus Parkının ümumi ərazisi 5,4 hektardır. Tutumu 210 elektrik avtobusu olan parkın ərazisində 60 şarj stansiyası mövcuddur.

Hazırda avtobus parkı Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı 160 avtobusdan ibarətdir.

Dövlətimizin başçısına avtobusların texniki göstəriciləri barədə məlumat verildi.

Diqqətə çatdırıldı ki, 2024-cü il istehsalı olan avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir. Nəqliyyat vasitəsinin uzunluğu 12 metrdən bir qədər çox, eni 2 metr yarım, hündürlüyü isə 3 metrdən artıqdır.

Avtobusların fəaliyyətini təmin edəcək 100 şarj cihazı “Luobinsen” şirkətinin istehsalıdır. Cihazların yükləyici gücü 320kW təşkil edir. Şarj cihazları həddindən artıq gərginlik, cərəyan, faza itkisi və digər çoxsaylı mühafizə funksiyalarına malikdir. Cihazlar şəhərin müxtəlif istiqamətlərində yerləşdiriləcək.

Eyni zamanda, diqqətə çatdırıldı ki, elektrik mühərrikli “LEVC TX5” markalı plug-in hibrid taksilər İngiltərə növü olub Çin istehsalıdır. “Avro-6” standartlarına uyğun həmin avtomobillərin enerji doldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generator ilə isə 600 kilometr məsafə qət etmək imkanına malikdir. Avtomobil həmçinin təcili əyləc, təkərlərin təziqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub.

Avtobus parkında həmçinin təmir mərkəzi, inzibati bina, transformator məntəqəsi, xidmət və texniki sahələr fəaliyyət göstərəcək. Marşrutların Monitorinq Mərkəzi isə avtobusların hərəkət marşrutlarını, qrafiklərini və sərnişin təhlükəsizliyini səmərəli şəkildə izləmək və idarə etmək üçündür. Burada gün ərzində 3 növbədə 24 saat xidmətin təşkil edilməsi və 83 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda karbon emissiyasının azaldılması qlobal hədəfə çevrilib. Azərbaycan da bu hədəfə çatmaq üçün prioritetlər müəyyənləşdirib. Yaşıl texnologiyalardan istifadə bu istiqamətdə atılan addımlardandır. “Eko bus” layihəsi isə yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi məqsədi daşıyır.

***

10:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.

1news.az xəbər verir ki, dövlət başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.

Paylaş:
492

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər