Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
Noyabrın 11-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarl Mişeli Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
113