Maldiv Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Maldiv Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib

10:28 - 12 / 11 / 2024
Maldiv Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.

1news.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və rəsmi şəxslər qarşılayıblar.

Paylaş:
238

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər