Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb

Qafar Ağayev12:17 - 12 / 11 / 2024
Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb

Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, "Qazaxıstan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və “Xi’an Free Trade Port Consruction and Operation Co Ltd”-nin Baş direktoru Yuan Xiaojun liman ərazisində yeni İntermodal Yük Terminalının inşası üçün müəssənin yaradılmasına dair Saziş imzalayıblar.

1news.az xəbər verir ki, imzalanma mərasimində, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov və Qazaxıstanın “Samruk-Kazyna” fondunun idarə heyətinin sədri Nurlan Jakupov da iştirak edib. Mərasim, Azərbaycanda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilib.

Bu sazişin məqsədi, Ələt qəsəbəsində yerləşən Bakı Limanında yükaşırma həcminin artırılması və inkişafı məqsədilə ilk dəfə yeni İntermodal Yük Terminalının tikintisi həyata keçirilməsidir. Layihə çərçivəsində Ələt qəsəbəsində yerləşən Bakı Limanının ərazisində 40 hektarlıq sahədə İntermodal Yük Terminalının infrastrukturunun yaradılması və inkişafı nəzərdə tutulur.

Bakı Limanının geniş infrastruktur imkanları, Qazaxıstan Dəmir Yollarının bütövlükdə Orta Dəhliz üzrə xidmətlərin göstərilməsindəki mühüm əhəmiyyəti, “Xi'an Free Trade Port” şirkətinin Çin-Avropa marşrutu üzrə konteyner qatarlarının təşkili və göndərilməsindəki sürəti nəzərə alındıqda bu sazişin hər üç ölkə üçün böyük logistik əhəmiyyət daşıdığını görmək olur. Sazişin bir digər üstünlüyü isə Çin-Avropa marşrutu üzrə Orta Dəhlizlə göndərilən konteyner qatarlarının həcminin daimi artımı, boşaldılma vaxtının azaldılması, daşımaların dəyərinin aşağı salınması, yenidən yükləmə vaxtının minimumlaşdırılması və yük daşımalarının həcminin sabit artması olacaq.

Paylaş:
161

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki hava07 / 12 / 2024, 10:58
Bütün xəbərlər