Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb

First News Media09:20 - Bu gün
Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb

Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 17-si axşam saatlarında rayonun Gözbarax kəndində qeydə alınıb.

Kənd sakini, iki övlad atası, 52 yaşlı Sərdar Şaban oğlu İsgəndərovun meyiti yaşadığı evin həyətyanı sahəsində ailə üzvləri tərəfindən aşkar edilib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
77

Son xəbərlər

Lerikdə zəlzələ olub

17 / 09 / 2026, 16:20
Bütün xəbərlər